Leyla Əliyeva Şəkidə səfərdədir
Leyla Əliyeva Şəkiyə səfəri çərçivəsində bir sıra sosial və mədəniyyət obyektlərində olub.Əvvəlcə o, 6 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib.Daha sonra Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında nəzərdə tutulan bərpa və yenidənqurma işləri ilə tanış olub. Parkın tarixi “Yay teatrı” bərpa ediləcək, freskalar və heykəltəraşlıq nümunələri yenilənəcək, parkın yenidən ailələrin sevimli istirahət məkanına çevrilməsi hədəflənir.Səfər çərçivəsində Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən yeni Şəki İncəsənət Məktəbi binası ilə də tanış olub. 430 şagird yerlik məktəbdə musiqi, rəssamlıq, heykəltəraşlıq, dizayn, xoreoqrafiya və digər ixtisaslar üzrə müasir tədris şəraiti yaradılıb.
url:
http://kepezfm.az/xeberler/leyla-%C9%99liyeva-%C5%9F%C9%99kid%C9%99-s%C9%99f%C9%99rd%C9%99dir

