Ledi Qaqa şlyapaya sərvət ödədi

Ledi Qaqa şlyapaya sərvət ödədi

Ledi Qaqanın Parisdəki "Victoria`s Secret" brendinin maraqla gözlənilən moda nümayişində taxdığı şlyapanın 1 milyon dollar dəyərində olduğu açıqlanıb.

Musiqisi qədər qeyri-adi səhnə şouları və geyimləri ilə də danışılan amerikalı müğənni Ledi Qaqa, Fransanın paytaxtı Parisdə təşkil edilən "Victoria 's Secret" moda nümayişində də adından söz etdirməyi bacardı. Nümayişdə mahnı söyləyən Ledi Qaqanın xüsusi dizaynlı şlyapası gündəm yaradacaq xəbərlərdən biri olub.

Şlyapanın yanları 60 ədəd əl işi qotazlarla əhatə olunub. Səhnə şousunda şapkasını çıxararaq yuxarı doğru qaldıran Qaqa mahnı söyləyərkən bu qotazların mikrofona ilişdiyi də gözlərdən yayınmayıb.

Ayşən Zeynallı