Laykyun Sekkya 116 metr hündürlüyü ilə dünyanın ən böyük ikinci heykəli hesab edilir
Myanmarın Moniva şəhərində yerləşən Laykyun Sekkya 116 metr hündürlüyü ilə dünyanın ən böyük ikinci heykəli hesab edilir. Qautama Buddanı təsvir edən heykəl həmçinin, dünyanın ayaq üstdə dayanan ən hündür Buddasıdır. 13,5 metr hündürlüyündə binanın üstündə yerləşən heykəlin inşasına 1996-cı ildə başlanılıb, 2008-ci ildə isə bitib. Laykyunun yanında uzanmış formada başqa bir heykəl də yer alır. O isə dünyanın ən böyük uzanan heykəlidir.
Nurlana Abdullayeva
2019-05-30 10:17