Laçında vətəndaşlara səyyar tibbi yardım göstərilib
Səhiyyə Nazirliyi “Böyük Qayıdış” Proqramı çərçivəsində Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası çərçivəsində nevroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt və digər mütəxəssislər tərəfindən sakinlərə kompleks tibbi xidmət göstərilib.Aksiya çərçivəsində onurğa, sinir sistemi, dayaq-hərəkət və uşaqlar və böyüklər arasında skolioz və digər onurğa problemlərinin diaqnostikası da həyata keçirilib.Səyyar tibbi müayinələrdən 100-ə yaxın sakin yararlanıb. Nazirlik işğaldan azad olunmuş digər ərazilərdə də bu cür aksiyaların davam etdiriləcəyini bildirib.
url:
http://kepezfm.az/xeberler/la%C3%A7%C4%B1nda-v%C9%99t%C9%99nda%C5%9Flara-s%C9%99yyar-tibbi-yard%C4%B1m-g%C3%B6st%C9%99rilib

