Laçında növbəti əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyi Laçında mayın 22-də saat 15:00-da növbəti əmək yarmarkası təşkil edəcək.Yarmarkada 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşələr üzrə 90-a yaxın vakansiya təqdim olunacaq.
url:
http://kepezfm.az/xeberler/la%C3%A7%C4%B1nda-n%C3%B6vb%C9%99ti-%C9%99m%C9%99k-yarmarkas%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k-0

