Lətifə Soyuözün barıt qoxulu açıqlamaları...

Lətifə Soyuözün barıt qoxulu açıqlamaları...

Lətifə Soyuöz son dönəmin ən çox danışılan mövzularından olan boşanma məsələsi ilə bağlı verilən sualları yenə də cavablandırmaq istəmədi.
Lətifə Soyuöz: “Bu səbəbi biz indiyə kimi heç bir kanalda açıqlamamışıq. Bundan sonra da açıqlamağı düşünmürəm. Oldu, bitdi. Hər kəs öz yoluna davam edir. Bu haqda söz vermişəm ki, danışmayacam”.
Lətifə xanım, şou-biznesdə boşanma halları artıq yağdan tük çəkmək qədər asan olub. Sizcə, bu gündəmdə qalmaq üçün sadə bir oyundur, yoxsa...?
Lətifə Soyuöz: “Ümumiyyətlə, boşanmalar bütün respublika üzrə, dünya üzrə artıb. Bunu təkcə şou-biznesə aid edə bilmərik. Hər kəs boşana bilər. Sadəcə olaraq, şou-biznesin içində olanlar göz önündə olduqları üçün daha çox diqqət cəlb edirlər”.
Xanım ifaçı geyimlərini xüsusi olaraq, hazırlatdırdığı və birgə fəaliyyət göstərdiyi modelyerindən, geyimlərindən ağız dolusu danışdı.
Lətifə Soyuöz: “Geyimim özəl geyimdir. Əl işidir. Modelyerim Renat Ramazandır. Xüsusi günlərdə paltarları o seçib, hazırlayır. Dörd ildir biz həm dostuq, həm də birlikdə çalışırıq. Mən onun modelyerliyini çox bəyənirəm. O, Azərbaycanda sayılıb seçilən dizaynerlərdəndir. Hazırda bizim payız kolleksiyamız hazırlanır. Və möhtəşəm, təkrarsız bir fotosessiya. Lətifə Soyuöz daha yeni tərzdə və daha yenilənmiş formada.
Lətifə xanım, sənətdə sərhəd çəkmək və bundan daha yaxşısı yoxdur, demək, müğənni üçün nə dərəcədə ağlabatandır?
Lətifə Soyuöz: “Bu sənətdə sərhəd yoxdur. Biz hanısa bir iş görürük və deyirik ki, bu, mükəmməl bir işdir. Amma daha sonra baxırıq ki, bundan da yaxşısını etmək olar. Bir gün baxırsan ki, bu geyimdə çox gözəlsən. Ancaq sabah baxanda bəyənmirsən”.
Qalmaqalsız yaşaya bilməyən, onu səhrada bir damla su qədər vacib sayan bəzi müğənnilərdən fərqli olaraq, Lətifə xanım qalmaqalı sevmədini deyir.
Lətifə Soyuöz: “Mən qalmaqalı sevməyən bir insanam. Hər zaman söz-söhbətdən uzaq qaçıram. Baxanda ki, kimsə məni qalmaqala çəkir, başlıyıram özüm kərana çəkilməyə. Bu günə qədər heç kim deyə bilməz ki, mən ad çəkərək, soyad çəkərək kiməsə söz atmışam. Belə bir şey olmayıb və düşünürəm ki, olmayacaq da”.
Bu da Lətifə xanımla bağlı hazırladığımız reportaj. Xanım ifaçıya işlərində və gələcək yeni həyatında uğurlar arzu edirik.
Ayşən Zeynallı