Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb
Lənkəranın Göyşaban kəndində məişət tullantıları poliqonunda noyabrın 15-də 2 nəfərin cəsədi tapılıb. Yanmış meyiti tapılan şəxslərin Cəlilabad sakinləri - 1970-ci il təvəllüdlü Sərraf Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Bədirov olduğu bildirilir. Həmin şəxslərin fermada gözətçi işlədikləri deyilir. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
url:
http://kepezfm.az/xeberler/l%C9%99nk%C9%99randa-zibil-poliqonunda-iki-n%C9%99f%C9%99rin-yanm%C4%B1%C5%9F-meyiti-tap%C4%B1l%C4%B1b

