Kutsi ilk dəfə sevgilisi ilə... - "Evlənirik"

Kutsi ilk dəfə sevgilisi ilə... - "Evlənirik"

Müğənni Kutsi 7 illik həyat yoldaşı Sinem Bayraktutardan boşandıqdan sonra sevgilisi Feyza Çıpa ilə ilk dəfə bir tədbirə qatılıb.

"Hüzur sokağı" serialında tanış olan ikili sevgili olduqdan sonra Kutsi arvadından ayrılmaq məcburiyyətində qalmışdı. Sinemin hamilə olması bu qərarı yubatsa da, cütlük keçən il boşanıb.

İllərdir gözdən uzaq münasibət yaşayan Kutsi və Feyza dünən ilk dəfə kameralar qarşısına keçiblər. Feyza müğənnidən evlilik təklifi aldığını deyib. O, "Evlənirik, amma toy tarixi hələ dəqiq deyil" söyləyib.

Ayşən Zeynallı