Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu milli komandadakı çıxışını başa vurduğunu açıqlayıb. 41 yaşlı futbolçu vida müraciətində 23 il geyindiyi 7 nömrəli formanı gələcək nəslə təhvil verməyin vaxtı çatdığını bildirib. Ronaldu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub. O, yığma ilə 2016-cı ildə Avropa çempionatının, 2019-cu ildə isə UEFA Millətlər Liqasının qalibi olub.
url:
http://kepezfm.az/xeberler/kri%C5%9Ftianu-ronaldu-portuqaliya-millisind%C9%99ki-karyeras%C4%B1n%C4%B1-ba%C5%9F-vurub

