Kostanyan: 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin açılacağına ümid edirik
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərinin, eləcə də nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir.Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib. O bildirib ki, regional nəqliyyat layihələri üzrə işlər davam etdirilir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq müşahidə olunur.Kostanyanın sözlərinə görə, Ermənistan amerikalı tərəfdaşlarla birlikdə “Tramp Marşrutu” layihəsinin hüquqi hazırlıqlarını yekunlaşdırır. Layihənin Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirəcəyi, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirəcəyi gözlənilir.Hazırda layihənin əsasən dəmir yolu komponenti üzrə texniki-iqtisadi əsaslandırması hazırlanır.
url:
http://kepezfm.az/xeberler/kostanyan-2030-cu-il%C9%99-q%C9%99d%C9%99r-t%C3%BCrkiy%C9%99-v%C9%99-az%C9%99rbaycanla-s%C9%99rh%C9%99dl%C9%99rin-a%C3%A7%C4%B1laca%C4%9F%C4%B1na-%C3%BCmid-edirik

