Korrupsiya barədə məlumat verən şəxslərin hüquqi müdafiəsi gücləndirilir

Prezident İlham Əliyev korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsini gücləndirən qanun dəyişikliklərini təsdiqləyib. Yeni qaydalara əsasən, məlumat verən şəxsə və ya onun yaxınlarına hədə-qorxu gəlmək, təzyiq göstərmək, təhqir etmək və ya qisas məqsədilə işdən çıxarmaq, vəzifədən uzaqlaşdırmaq və digər mənfi tədbirlər görmək qadağan edilir. Qanunla həmçinin dövlət orqanlarında korrupsiya ilə bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün xüsusi səlahiyyətli struktur bölmələrinin yaradılması nəzərdə tutulur. Hüquqlarının pozulduğunu hesab edən şəxslər isə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə müraciət edə biləcəklər.

url: 
http://kepezfm.az/xeberler/korrupsiya-bar%C9%99d%C9%99-m%C9%99lumat-ver%C9%99n-%C5%9F%C9%99xsl%C9%99rin-h%C3%BCquqi-m%C3%BCdafi%C9%99si-g%C3%BCcl%C9%99ndirilir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik