Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb
Bakının Binəqədi qəsəbəsində zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.Polisin keçirdiyi əməliyyatla əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.Faktla bağlı araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/kiray%C9%99d%C9%99-ya%C5%9Fad%C4%B1%C4%9F%C4%B1-evd%C9%99n-o%C4%9Furluq-ed%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

