Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli saxlanılıblar.Araşdırma zamanı məlum olub ki, onlar Yasamal rayonunda kirayə götürdükləri mənzildə ölkədə istifadəsi qadağan olunan internet resursu üzərindən virtual kassalar yaradıblar. Şübhəlilərin müxtəlif profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunları təşkil etdikləri, iştirakçıları isə “WhatsApp” və “Telegram” vasitəsilə cəlb etdikləri müəyyənləşdirilib.Mənzilə baxış zamanı qanunsuz fəaliyyət zamanı istifadə olunan 55 mobil telefon və 177 bank kartı, həmçinin digər elektron məlumat daşıyıcıları aşkar edilərək götürülüb.Saxlanılan şəxslərin qanunsuz qumar fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının ümumi dövriyyəsi 5 milyon manatdan çox olub.Onlar barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

