Keçmiş işçi mağazadan 23 min manatlıq oğurluq etdi
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən mağazadan oğurluq etməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar. Onlar obyektdən ümumi dəyəri 23 min manat dəyərində olan müxtəlif məişət texnikası və elektronika məhsulları talayıblar.Saxlanılan şəxslərdən birinin əvvəllər həmin mağazada çalışdığı məlum olub.Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/ke%C3%A7mi%C5%9F-i%C5%9F%C3%A7i-ma%C4%9Fazadan-23-min-manatl%C4%B1q-o%C4%9Furluq-etdi

