"Karvan-Yevlax" "Sabah"ın futbolçusunu icarəyə götürüb
"Karvan-Yevlax" müqavilə ilə "Sabah" klubuna məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb. "Qəbələ" klubunun yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.
url:
http://kepezfm.az/xeberler/karvan-yevlax-sabah%C4%B1n-futbol%C3%A7usunu-icar%C9%99y%C9%99-g%C3%B6t%C3%BCr%C3%BCb

