"Kəpəz"in baş məşqçisi: "Növbəti oyunlarda yaxşı nəticəyə köklənmək lazımdır"
"Kəpəz"in baş məşqçisi Azər Bağırov "Neftçi"yə 1:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında komandanın daha ciddi və məsuliyyətli olmalı olduğunu bildirib.O, deyib ki, ilk hissədə buraxılan üç qol nəticəyə təsir edib. Mütəxəssis azarkeşlərə dəstəyə görə təşəkkür edərək, növbəti oyunlarda daha yaxşı nəticəyə köklənəcəklərini vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99zin-ba%C5%9F-m%C9%99%C5%9Fq%C3%A7isi-n%C3%B6vb%C9%99ti-oyunlarda-yax%C5%9F%C4%B1-n%C9%99tic%C9%99y%C9%99-k%C3%B6kl%C9%99nm%C9%99k-laz%C4%B1md%C4%B1r

