Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edib.16 minə yaxın azarkeşin izlədiyi qarşılaşmada hesab açılmayıb. Oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov fikirlərini bölüşüb:
Azər Məmmədov- "Kəpəz"in baş məşqçisi:“Mən düşünürəm ki, bugünkü oyunun ədalətli nəticəsi heç-heçə idi və qarşılaşma da elə heç-heçə ilə başa çatdı. Bu gün Gəncə şəhər stadionunu dolduran azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Həmişəki kimi, onların dəstəyini hiss edirdik. Komandamız ən yaxşı oyunlarından birini nümayiş etdirdi. Həm azarkeşlərimizə, həm də futbolçularımıza təşəkkür etmək istəyirəm”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gəncədəki futbol atmosferini yüksək qiymətləndirib və oyundan razı qalıb.
Qurban Qurbanov- "Qarabağ"ın baş məşqçisi: “Sanki Avropada, Avropa oyununda idik. Bir saat əvvəl meydana çıxmışdıq. O atmosferi hiss edirdik. Əsl futbol üçün hər cür şərait var idi”.

