"Kəpəz" qış fasiləsində daha iki futbolçusu ilə vidalaşacaq
"Kəpəz" qış fasiləsində daha iki futbolçusu Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Raul Məmmədov və hücumçu Şahmar Aşurovla vidalaşacaq. Məmmədov ötən ilin avqust ayında, Aşurov isə bu ilin oktyabrında qərb təmsilçisinin düşərgəsinə qoşulub .Gəncə klubu daha əvvəl polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-q%C4%B1%C5%9F-fasil%C9%99sind%C9%99-daha-iki-futbol%C3%A7usu-il%C9%99-vidala%C5%9Facaq

