"Kəpəz" Müstəqil Teleradio Şirkətinin 3 əməkdaşı medalla təltif olunub

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Kəpəz" Müstəqil Teleradio Şirkətinin 3 əməkdaşı – Baş direktorun 1-ci müavini Nofəl Dərgahov, Baş Direktorun Yaradıcılıq üzrə müavini Firuzə Əliyeva və redaktoru Natiq Hüseynov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər. Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəpəz" Müstəqil Teleradio Şirkətinin baş direktorunun birinci müavini Nofəl Dərgahov “Tərəqqi” medalı ilə də təltif olunub.

url: 
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-m%C3%BCst%C9%99qil-teleradio-%C5%9Firk%C9%99tinin-3-%C9%99m%C9%99kda%C5%9F%C4%B1-medalla-t%C9%99ltif-olunub
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik