"Kəpəz" baş məşqçi postuna Avropanın 4 ölkəsindən namizədləri nəzərdən keçirir
Gəncənin “Kəpəz” klubunun baş məşqçi postuna İtaliya, Bosniya və Herseqovina, Serbiya və Portuqaliyadan olan mütəxəssislər namizəddir.Bunu klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə deyib. O bildirib ki, hazırda geniş siyahı üzərində seçim aparılır və məqsəd ən düzgün qərarı verməkdir. “Kəpəz” hazırkı baş məşqçi Azər Bağırovla Misli Premyer Liqasının 33-cü turunda “Neftçi” ilə keçiriləcək oyundan sonra yollarını ayıracaq.“Kəpəz” – “Neftçi” görüşü mayın 23-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/k%C9%99p%C9%99z-ba%C5%9F-m%C9%99%C5%9Fq%C3%A7i-postuna-avropan%C4%B1n-4-%C3%B6lk%C9%99sind%C9%99n-namiz%C9%99dl%C9%99ri-n%C9%99z%C9%99rd%C9%99n-ke%C3%A7irir

