Kənd yerlərində ilkin tibbi yardım göstərən müəssisələrin vəziyyəti qənaətbəxş deyil-Əhliman Əmiraslanov
Regionlarda həkim çatışmazlığının əsas səbəblərindən biri ilkin səhiyyə xidmətinin zəif vəziyyətdə olmasıdır. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, xüsusilə kənd yerlərində ilkin tibbi yardım göstərən müəssisələrin vəziyyəti qənaətbəxş deyil.Regionlarda modul tipli tibb məntəqələrinin yaradılması sürətləndiriləcək.Bəzi kəndlərdə vaxtında tibbi müdaxilə mümkün olmadığından xəstələrin həyatı itirilir.Problemin həlli üçün Azərbaycan Tibb Universitetini bitirib rezidentura keçməyən həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur. Həmçinin, bölgələrdə 65 yaşını tamamlayan həkimlərin fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq.
url:
http://kepezfm.az/xeberler/k%C9%99nd-yerl%C9%99rind%C9%99-ilkin-tibbi-yard%C4%B1m-g%C3%B6st%C9%99r%C9%99n-m%C3%BC%C9%99ssis%C9%99l%C9%99rin-v%C9%99ziyy%C9%99ti-q%C9%99na%C9%99tb%C9%99x%C5%9F-deyil

