Kənd təsərrüfatı torpaqlarında tikinti ilə bağlı yeni Qaydalar təsdiqləndi
Baş nazir Əli Əsədov kənd təsərrüfatı torpaqlarında tikinti ilə bağlı yeni qaydalar təsdiqləyib. Qaydaya görə, sahəsi ən azı 5 hektar olan torpaqların yalnız 1 faizində tikinti aparmaq mümkündür. Bu tikililər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və işçilərin müvəqqəti yaşayışı üçün nəzərdə tutulur. Əgər torpaq bölünüb başqa şəxsin istifadəsinə verilərsə və sahə 5 hektardan az olarsa, orada tikinti aparmaq qadağandır.
url:
http://kepezfm.az/xeberler/k%C9%99nd-t%C9%99s%C9%99rr%C3%BCfat%C4%B1-torpaqlar%C4%B1nda-tikinti-il%C9%99-ba%C4%9Fl%C4%B1-yeni-qaydalar-t%C9%99sdiql%C9%99ndi