Kıvançdan xanımına sevgi etirafı: "Çox şanslıyam"

Kıvançdan xanımına sevgi etirafı: "Çox şanslıyam"

"GQ" jurnalı tərəfindən "İlin adamı" seçilən Kıvanç Tatlıtuğ səmimi etiraflar edib.

O, mükəmməl bir adam olmadığını deyib:

"Mükəmməl insan olmaq istəyi insanı bədbəxt edər. Mən qüsurlu və dərs almağı bilən bir adamam".

Aktyor həyat yoldaşı Başak Dizer haqda da danışıb:

"Bir gələcəyi, bir həyatı iki nəfər bölüşəndə hər şey dəyişirmiş. Onunla özümü tam hiss edirəm. Bu, hər kəsin yaşaya biləcəyi bir hiss deyil. Mən çox şanslıyam. Sevmək və güvənmək bir bağlamanın içində göydən düşmür. Sən tapa bilsən, tapırsan. Sevmək, hətta güvənmək mənim üçün çox çətin bir şeydir. Buna görə də çox qiymətli bir şey yaşayıram. Yəni aktyoram deyə, xoşbəxtlik xəyalı qura bilmərəm?"

Ayşən Zeynallı