Küsülü olan Brilliantla Lalə bir araya gəldi
İllərdir küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova bir araya gəliblər. Müğənnilər stilist Elnur Həsənovun ad günündə görüntüləniblər.Onlar müğənni Aysül Əlizadənin "Yandırdı qəlbimi" mahnısına yan-yana rəqs ediblər. Brilliant və Lalənin həmin görüntüsü sosial şəbəkədə yayılıb və diqqət çəkib.Qeyd edək ki, B.Dadaşova və L.Məmmədova uzun illərdir küsülüdür. Dəfələrlə eyni məkanda üz-üzə gəlsələr də, sənətçilər barışmayıblar.
Nurlana Abdullayeva
2019-06-11 11:34