Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə və Kəlbəcərdə sarı xəbərdarlıq elan edilib. Həmin ərazilərdə şərq küləyinin sürətinin 13,9–20,7 metr/saniyəyə çatacağı proqnozlaşdırılır.İyulun 1-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidməti bildirib ki, ölkə ərazisinin bəzi yerlərində yağışların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
url:
http://kepezfm.az/xeberler/k%C3%BCl%C9%99kli-hava-%C5%9F%C9%99raiti-il%C9%99-ba%C4%9Fl%C4%B1-sar%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-verilib-3

