Joni Montiel: “Cavab oyununda özümüzü yaxşı tərəfdən göstərə bilərik”
“İlk matçın birinci hissəsində bizə yaraşmayan oyun göstərdik. Cavab görüşündə özümüzü yaxşı tərəfdən göstərə bilərik”. "Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab oyunu öncəsi deyib."Qarabağ"dan gözləntilərin böyük olduğunu deyən futbolçu etimadı doğrultmaq istədiklərini bildirib.Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 25-də gecə saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıdakı ilk matç 6:1 hesabı ilə başa çatıb.
url:
http://kepezfm.az/xeberler/joni-montiel-%E2%80%9Ccavab-oyununda-%C3%B6z%C3%BCm%C3%BCz%C3%BC-yax%C5%9F%C4%B1-t%C9%99r%C9%99fd%C9%99n-g%C3%B6st%C9%99r%C9%99-bil%C9%99rik%E2%80%9D

