İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələrini elan edib. Nəticələri DİM-in elektron xidmətləri, eləcə də imtahana buraxılış vərəqəsindəki kodu 7727 nömrəsinə SMS göndərməklə öyrənmək mümkündür. Nəticələrdən narazı olanlar üçün Apellyasiya Komissiyasına qeydiyyat iyulun 1-i saat 10:00-dan 3 iyul saat 17:00-dək aparılacaq. Müraciətlər yalnız DİM-in rəsmi saytındakı elektron ərizə vasitəsilə qəbul ediləcək. Həmçinin Azərbaycan dili - dövlət dili fənni üzrə test imtahanının nəticələri də elan edilib.
url:
http://kepezfm.az/xeberler/iyunun-21-d%C9%99-ke%C3%A7iril%C9%99n-imtahanlar%C4%B1n-n%C9%99tic%C9%99l%C9%99ri-elan-olunub

