İyulda səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
İyul ayında səyyar ASAN xidməti bir sıra bölgələrdə fəaliyyət göstərəcək. Xidmət iyulun 1-dən 30-dək Gədəbəydə, 1-dən 15-dək Naftalanda, 20-dən 23-dək Xankəndidə, 27-dən 30-dək isə Laçında vətəndaşlara xidmət göstərəcək.Qeyd edək ki, Gədəbəy, Xankəndi və Laçında səyyar ASAN xidmət avtobusları saat 11:00-dan 17:00-dək, Naftalanda isə 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
url:
http://kepezfm.az/xeberler/iyulda-s%C9%99yyar-asan-xidm%C9%99tin-f%C9%99aliyy%C9%99t-g%C3%B6st%C9%99r%C9%99c%C9%99yi-%C3%BCnvanlar-a%C3%A7%C4%B1qlan%C4%B1b

