İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər
“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçıları Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.Qonaqlara Xocalı soyqırımı və memorial kompleksin yaradılma məqsədi barədə ətraflı məlumat verilib.Səfər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutub.Konfrans iştirakçılarının daha sonra Şuşa şəhərinə səfəri nəzərdə tutulub.
url:
http://kepezfm.az/xeberler/itkin-d%C3%BC%C5%9Fm%C3%BC%C5%9F-%C5%9F%C9%99xsl%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-beyn%C9%99lxalq-konfrans%C4%B1n-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1-xocal%C4%B1ya-s%C9%99f%C9%99r-edibl%C9%99r

