İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısındakı silahlı insidentlə bağlı saxlanılanların sayı artıb
İsrailin İstanbulda yerləşən Baş Konsulluğu qarşısında baş verən silahlı insidentlə bağlı saxlanılanların sayı artıb. İstintaq çərçivəsində insident günü və sonrakı günlərdə ümumilikdə 16 nəfər saxlanılıb. Aprelin 7-də konsulluq qarşısında baş verən atışma zamanı bir şübhəli zərərsizləşdirilib, iki nəfər yaralı halda saxlanılıb. Hadisə nəticəsində iki polis əməkdaşı da xəsarət alıb.
url:
http://kepezfm.az/xeberler/israilin-istanbuldak%C4%B1-ba%C5%9F-konsullu%C4%9Fu-qar%C5%9F%C4%B1s%C4%B1ndak%C4%B1-silahl%C4%B1-insidentl%C9%99-ba%C4%9Fl%C4%B1-saxlan%C4%B1lanlar%C4%B1n

