İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən “Mehrabad” hava limanında təyyarəni məhv edib.İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, sözügedən təyyarə Əli Xamenei və İranın yüksək vəzifəli şəxslərinin istifadəsində olub.Təyyarə həm daxili, həm də beynəlxalq uçuşlar, eləcə də hərbi və koordinasiya məqsədləri üçün istifadə edilirdi. Bu addımın İran rəhbərliyinin regional əlaqələndirmə imkanlarına təsir göstərə biləcəyi qeyd olunub.Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
url:
http://kepezfm.az/xeberler/israil-h%C9%99rbi-hava-q%C3%BCvv%C9%99l%C9%99ri-%C9%99li-xameneinin-t%C9%99yyar%C9%99sini-m%C9%99hv-edib

