İsmayıllıda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
İsmayıllıda Adil Əli oğlu Qaradaşlıya məxsus quş kəsimi sexi antisanitar şəraitdə və qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində isə inzibati tədbir görülüb. Sexdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
url:
http://kepezfm.az/xeberler/ismay%C4%B1ll%C4%B1da-qanunsuz-f%C9%99aliyy%C9%99t-g%C3%B6st%C9%99r%C9%99n-qu%C5%9F-k%C9%99simi-sexi-a%C5%9Fkarlan%C4%B1b

