Canlı
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq

İrina Şeyk gələn il ikinci dəfə ana olacaq

Rusiyalı model İrina Şeyklə britaniyalı aktyor sevgilisi Bredli Kuper ikinci övladının olmasına hazırlaşır. Cütlük gələn il qızları Leiyə bacı və ya qardaş hədiyyə etməyi düşünür. Bu barədə İrinaya yaxın mənbə məlumat verib:"İrina ilə Bredli ikinci uşaqlarının olmasını çox istəyirlər. Gələn il İrina yenidən ana olmağı planlaşdırır”. Qeyd edək ki, cütlüyün qızı Lei apreldə dünyaya gəlib.