İrandan Azərbaycana narkotik keçirmək cəhdi baş tutmadı
Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısını alıb. "Göytəpə", "Lənkəran" və "Horadiz" sərhəd dəstələrinin xidməti ərazilərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Horadiz istiqamətində narkotik daşıyan pilotsuz uçuş aparatı da zərərsizləşdirilib. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/irandan-az%C9%99rbaycana-narkotik-ke%C3%A7irm%C9%99k-c%C9%99hdi-ba%C5%9F-tutmad%C4%B1

