İran və ABŞ arasında dolayı danışıqların yeni raundu başlayır
İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq.Bu barədə "Al Hadath" telekanalı məlumat verib.Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.İyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib. Bu arada, İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda "qətiyyətli cavabla" üzləşəcəklərini bəyan edib.Bu barədə İran dövlət televiziyası "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.
url:
http://kepezfm.az/xeberler/iran-v%C9%99-ab%C5%9F-aras%C4%B1nda-dolay%C4%B1-dan%C4%B1%C5%9F%C4%B1qlar%C4%B1n-yeni-raundu-ba%C5%9Flay%C4%B1r

