İran səfiri: "Dünya çempionatında iştirak üçün xüsusi şərt irəli sürməmişik"
İran milli komandası futbol üzrə 2026-cı il dünya çempionatında iştirak edəcək.İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib ki, Tehran bu məsələ ilə bağlı hər hansı xüsusi şərt irəli sürməyib. İran yığması artıq təlim-məşq toplanışına başlayıb və hazırlıq prosesi davam edir.Müctəba Dəmirçilu qeyd edib ki, İran komandası beynəlxalq qaydalar çərçivəsində yarışa qatılmağı planlaşdırır və dünya çempionatında təhlükəsiz şəraitin təmin olunacağına ümid edir. DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 komanda mübarizə aparacaq.
url:
http://kepezfm.az/xeberler/iran-s%C9%99firi-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-i%C5%9Ftirak-%C3%BC%C3%A7%C3%BCn-x%C3%BCsusi-%C5%9F%C9%99rt-ir%C9%99li-s%C3%BCrm%C9%99mi%C5%9Fik

