İran İsraildə hərbi obyektlərə zərbə endirdiyini açıqlayıb
İran ordusu Hayfa şəhərində yerləşən bir sıra hərbi obyektlərə zərbə endirdiyini bildirib. Hücumlar Aman kəşfiyyat qurumunun 8200-cü bölməsinə, Green Pine radar stansiyasına və dəniz bazasındakı sualtı qüvvələr qərargahına pilotsuz uçuş aparatları ilə həyata keçirilib.Məlumat İran dövlət televiziyasının ordunun mətbuat xidmətinə istinadən yayılıb.
url:
http://kepezfm.az/xeberler/iran-israild%C9%99-h%C9%99rbi-obyektl%C9%99r%C9%99-z%C9%99rb%C9%99-endirdiyini-a%C3%A7%C4%B1qlay%C4%B1b

