İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin müvəqqəti atəşkəs təklifini rədd edib
İran, Hörmüz boğazının açılması müqabilində ABŞ-nin irəli sürdüyü müvəqqəti atəşkəs təklifini rədd edib.Pakistan, Türkiyə və Misir danışıqları irəli aparmağa çalışsa da, Tehran Vaşinqtonun şərtlərini qəbuledilməz hesab edir və birbaşa təmaslardan imtina edir.Daha əvvəl ABŞ Prezidenti Donald Trump İrana Hörmüz boğazını açmaqla bağlı ultimatum verib və əks halda enerji obyektlərinə zərbə endiriləcəyini bildirib.Hazırda bölgədə gərginlik davam edir. İranın qərarı nəticəsində boğazdan keçən neft tankerlərinin sayı 90 faizdən çox azalıb. Bu isə qlobal enerji və ərzaq təhlükəsizliyi üçün ciddi risk yaradır.
url:
http://kepezfm.az/xeberler/iran-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1lmas%C4%B1-m%C3%BCqabilind%C9%99-ab%C5%9F-nin-m%C3%BCv%C9%99qq%C9%99ti-at%C9%99%C5%9Fk%C9%99s-t%C9%99klifini-r%C9%99dd-edib

