İran Azərbaycana başsağlığı verib
İran Xarici İşlər Nazirliyi qəza nəticəsində həlak olan Azərbaycan konsulu ilə bağlı başsağlığı verib. Qurumun mətbuat katibi İsmayıl Bəqai bildirib ki, İran tərəfi azərbaycanlı diplomatın ailəsinin dərdinə şərikdir.Qeyd edək ki, 23 mayda Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.Onun cənazəsi ölkəmizə gətirilib, Göyçay rayonunda dəfn olunacaq.
url:
http://kepezfm.az/xeberler/iran-az%C9%99rbaycana-ba%C5%9Fsa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1-verib

