İran atəşkəsdən sonra ilk dəfə hücuma keçib

İran atəşkəsdən sonra ilk dəfə İsrailə yenidən raket zərbələri endirib. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirməyə çalışdığını açıqlayıb və sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. İran tərəfi təhlükəsizlik səbəbilə ölkənin qərb hissəsində hava məkanını növbəti xəbərdarlığadək bağlayıb.Bu arada Səudiyyə Ərəbistanı Şahzadə Sultan adına aviabazanın ərazisində hava həyəcanı elan edib.Bu barədə "ABC News" xəbər verir.Bazada ABŞ silahlı qüvvələrinin yerləşdiyi deyilir. ABŞ Prezidenti Donald Tramp isə Tehrana raket hücumlarını dayandıraraq danışıqlar masasına qayıtmağı tövsiyə edib. İsrailə də cavab zərbələrindən çəkinməyi məsləhət görüb. O, İranla mümkün razılaşmanın yaxın günlərdə əldə oluna biləcəyini bildirib. Tramp həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdə hələlik qalacağını, lakin razılıq əldə olunarsa vəziyyətin dəyişə biləcəyini qeyd edib.

url: 
http://kepezfm.az/xeberler/iran-at%C9%99%C5%9Fk%C9%99sd%C9%99n-sonra-ilk-d%C9%99f%C9%99-h%C3%BCcuma-ke%C3%A7ib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik