İran ABŞ-yə sülh danışıqları üçün 5 şərt irəli sürüb
İran münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-yə beş şərt təqdim edib. “Fars” agentliyinin məlumatına görə, Tehran bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin açılması, vurulan zərərin ödənilməsi və Hörmüz boğazı üzərində İranın hüquqlarının tanınmasını tələb edir.İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, həqiqi sülh təhdid və təzyiq üzərində qurula bilməz. O, blokada və sanksiyaların davam etdiyi şəraitdə atəşkəsdən danışmağın inandırıcı olmadığını vurğulayıb.Bu arada ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında blokada başlayandan bəri İran limanlarına gedən və ya çıxan 65 ticarət gəmisinin saxlanıldığını açıqlayıb.
url:
http://kepezfm.az/xeberler/iran-ab%C5%9F-y%C9%99-s%C3%BClh-dan%C4%B1%C5%9F%C4%B1qlar%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-5-%C5%9F%C9%99rt-ir%C9%99li-s%C3%BCr%C3%BCb

