İran-ABŞ razılaşmasında nüvə məsələsi və sanksiyaların ləğvi yer alacaq – Əraqçi

İran və ABŞ arasında yekun razılaşmada nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması və sanksiyaların ləğvi nəzərdə tutulur.Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Tehranda xarici diplomatlarla görüşdə bildirib. ABŞ, İsrail və İran arasında hərbi gərginliyin fonunda danışıqlar iki mərhələdə aparılır. Birinci mərhələdə müharibənin dayandırılması, Hörmüz boğazı və dəniz blokadası ilə bağlı məsələlərin həlli nəzərdə tutulur.Əraqçi bildirib ki, tərəflər üç aylıq müzakirələrdən sonra ilkin razılığa gəliblər və anlaşma memorandumu iyunun 19-dan qüvvəyə minəcək. Daha sonra yekun sazişin hazırlanması üçün 60 günlük danışıqlar mərhələsi başlayacaq. Livanda vəziyyətin sabitləşməsi də razılaşmanın əsas şərtlərindən biri kimi qiymətləndirilir. Bu arada, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler bildirib ki, İrana qarşı genişmiqyaslı hücum planı həyata keçirilməsinə bir saat qalmış dayandırılıb.

url: 
http://kepezfm.az/xeberler/iran-ab%C5%9F-raz%C4%B1la%C5%9Fmas%C4%B1nda-n%C3%BCv%C9%99-m%C9%99s%C9%99l%C9%99si-v%C9%99-sanksiyalar%C4%B1n-l%C9%99%C4%9Fvi-yer-alacaq-%E2%80%93-%C9%99raq%C3%A7i
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik