İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxslər saxlanılıblar

Polis insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayevi saxlayıblar. Saxlanılan şəxslər Bakının Nəsimi rayonunda ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

url: 
http://kepezfm.az/xeberler/insanlar%C4%B1-xaricd%C9%99-i%C5%9F%C9%99-d%C3%BCz%C9%99ltm%C9%99k-ad%C4%B1-il%C9%99-aldadan-%C5%9F%C9%99xsl%C9%99r-saxlan%C4%B1l%C4%B1blar
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik