İnsan alverinə görə məhkum olunmuş şəxsdən 27 kiloqram marixuana aşkarlanıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidovdan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
url:
http://kepezfm.az/xeberler/insan-alverin%C9%99-g%C3%B6r%C9%99-m%C9%99hkum-olunmu%C5%9F-%C5%9F%C9%99xsd%C9%99n-27-kiloqram-marixuana-a%C5%9Fkarlan%C4%B1b

