İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
url:
http://kepezfm.az/xeberler/indiy%C9%99d%C9%99k-birinci-qaraba%C4%9F-m%C3%BCharib%C9%99sind%C9%99-itkin-d%C3%BC%C5%9Fm%C3%BC%C5%9F-267-n%C9%99f%C9%99rin-qal%C4%B1qlar%C4%B1-ail%C9%99l%C9%99rin%C9%99

