Canlı
İlqar Xəyal: “Hər bir insanda ulduz xəstəliyi olur”

İlqar Xəyal: “Hər bir insanda ulduz xəstəliyi olur”

İlqar Xəyal maqazin proqramlarından uzaqlaşmasından danışıb. O bildirib ki, özünə qadağa qoyub: “Mən artıq bunu dəfələrlə demişəm və bu dəfə də demək məcburiyyətindəyəm. Maqazin proqramlarında görünməməyim səbəbi özümə qadağa qoymağımdır”. İlqar ulduz xəstəliyi yaşamasından da bəhs edib: “Hər bir insanda ulduz xəstəliyi olur. O xəstəlikdən hamımız gəlib keçmişik, artıq o dövrü yaşamışam. İndi sözün əsl mənasında öz işimlə məşğulam. Mən çox sadə insanam”.