İlin sonuna 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək
Mədəniyyət naziri Adil Kərimlinin sözlərinə görə, Azərbaycanda incəsənət olimpiadasının qalibləri imtahansız ali məktəblərə qəbul ediləcək. Nazir deyib ki, gələn ildən ölkədə incəsənət olimpiadası keçiriləcək.Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov isə bildirib ki, bu ilin sonuna qədər 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək.Onlardan biri Bakının Bilgəh qəsəbəsində, biri Gəncə şəhərində, digər üçü isə Şəki şəhərində olacaq.
url:
http://kepezfm.az/xeberler/ilin-sonuna-5-yeni-inc%C9%99s%C9%99n%C9%99t-m%C9%99kt%C9%99bi-istifad%C9%99y%C9%99-veril%C9%99c%C9%99k

