İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Venesuelada baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar ölkənin Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə başsağlığı məktubu ünvanlayıb.Dövlət başçısı zəlzələ nəticəsində çoxsaylı insan tələfatından dərin kədər hissi keçirdiyini bildirərək, həlak olanların ailələrinə və Venesuela xalqına başsağlığı, yaralananlara isə şəfa arzulayıb. Qeyd edək ki, Venesuelanın şimalında baş verən 7,1 - 7,5 maqnitudalı zəlzələlər nəticəsində 1700-dən çox insan həyatını itirib və ölkədə fövqəladə vəziyyət elan olunub.
url:
http://kepezfm.az/xeberler/ilham-%C9%99liyev-venesuelada-z%C9%99lz%C9%99l%C9%99d%C9%99-insan-t%C9%99l%C9%99fat%C4%B1na-g%C3%B6r%C9%99-ba%C5%9Fsa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1-verib

