Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Çexiya uzun illərdir energetika sahəsində etibarlı tərəfdaşlardır. Prezidentin sözlərinə görə, Azərbaycan nefti Çexiyaya ixrac olunur və bu ölkənin enerji balansında mühüm rol oynayır.Çexiya ilə hərbi-texniki sahədə əməkdaşlıq da genişlənir və birgə istehsal layihələri müzakirə olunur. Çexiyanın Baş naziri Andrey Babiş isə deyib ki, Azərbaycan Çexiya üçün strateji tərəfdaşdır. O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.Qeyd edək ki, İlham Əliyev və Andrey Babişin təkbətək və geniş tərkibdə görüşü də keçirilib.Görüşlərdə ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

