Prezident İlham Əliyev Bakıda keçirilən WUF13-də çıxışı zamanı Azərbaycanın zəngin memarlıq irsindən və qədim şəhərlərinin tarixi əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, forumun Bakıda keçirilməsi şəhərsalma, insanların rahat yaşayışı və tarixi irsin qorunmasına verilən önəmin göstəricisidir.Prezident çıxışında Şamaxıdakı qədim Cümə məscidini, Naxçıvandakı Möminə xatun türbəsini, Gəncənin tarixi simasını, Şəki və Qəbələnin qədim abidələrini xüsusi qeyd edib. O, Lahıc kəndində əsrlər əvvəl qurulan su və kanalizasiya sisteminin bu gün də işlədiyini vurğulayıb. Dövlət başçısı işğaldan azad olunan Şuşada geniş bərpa və yenidənqurma işlərinin aparıldığını da diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycanın tarixi və memarlıq abidələrinin qorunması gələcək nəsillər qarşısında əsas vəzifələrdən biridir.

